"İlk duyğular sevincdir., qələbə qazandığımız üçün məmnunluq hissi var.
Növbəti mərhələyə yüksəlmək "Sabah" üçün tarixi hadisədir.
Komanda avrokuboklarda ilk ev oyununda 1-ci qələbəsini qazandı. Bizim yaxşı rəqibimiz var idi.
Onlar ötən mövsüm Konfrans Liqasının qrupunda çıxış edirdilər".
Sportinfo.az xəbər verir ki, bu sözləri "Sabah"ın baş məşqçisi Murad Musayev Konfrans Liqasının 2-ci təsnifat mərhələsində RFS-ə 2:1 hesabı qalib gələrək növbəti mərhələyə yüksəldikləri cavab oyunundan sonra "Matç TV"yə müsahibəsində deyib.
"Uğuru qeyd etməyə vaxt yoxdur, iki gündən sonra Azərbaycan çempionatına start veririk və bir həftədən sonra Konfrans Liqasında “Partizan”la oynayacağıq. Biz hər şeyi tez təhlil edib irəli getməliyik" -deyə o bildirib.

