Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin cavab qarşılaşmaları keçirilib.
Turnirdə mübarizə aparan təmsilçilərimizdən “Sabah" Latviyadan RFS-i qəbul edib.
“Tələbələr” səfərdə qazanılan 2:0 hesablı qələbənin adavamını burada da gətirib - 2:1. Komandamızın növbəti mərhələdə rəqibi Serbiya "Partizan"ı olacaq.
Sportinfo TV-nin aparıcı-eksperti Elçin Cəfərov deyib ki, çətinlik çəkməsinə baxmayaraq, “Sabah” geridönüş edə bilib:
"Sabah" önəmli bir qələbə qazandı. Tarixində debüt avrokubok mövsümündə mərhələ adladı.
"Sabah"da mövqe sığortalamasında problemlər var. Səfərdəki qələbədən sonra sanki futbolçularda rahatlıq vardı ki, necə olur-olsun, əlverişli şansı boşa vermərik.
Ancaq kiçik oyundan düşmək əlavə problemlər yarada bilərdi. Yekunda komandamız rəqibin boşluqlarından yararlandı".
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

