"Sabah" Konfrans Liqasına uğurlu start verməyi bacardı.
Səfərdə Latviya çempionu RFS-ni 2:0 hesabı ilə məğlub edən təmsilçimiz cavab görüşündə də fanatları qələbə ilə sevindirəməyi bacardı - 2:1.
Qarşılaşmanın qəhrəmanlarından biri sözsüz ki, Con Leys Mikels oldu.
Bərabərlik qolunun müəllifi 90 dəqiqə ön xəttə rəqib müdafiəsinə gərgin anlar yaşatmağı bacardı.
"20 nömrə" matçdan sonra da fanatlar üçün oynamağa davam etdi.
Bu dəfə topla yox, əl qaldıraraq.
"Bakılı balasıyam" mahnısına şıdırğı gedən almaniyalı davamında Kristian Ronaldonun məşhur "Siu" qol sevincini etməklə tribunları cuşa gətirdi.
XANOĞLAN / SPORTİNFO.AZ
Həmin anların sizə təqdim edirik:

