Konfrans Liqasının ikinci təsnifat mərhələsinin “Sabah” - RFS (Latviya) oyunundan sonra maraqlı anlar yaşanıb.
Sportinfo.az xəbər verir ki, Bakı klubunun almaniyalı hücumçusu Coy-Lens Mikels qələbəni özünəxas tərzdə qeyd edib.
O, tribunaya toplaşan azarkeşlərin ifa etdiyi “Bakılı balasıyam” mahsına qol götürüb oynayıb. Mikels bugünkü matçda komandasının ilk qolunu vurub.
Tarixində ilk dəfə Avropa kuboklarına qatılan “Sabah” RFS-ə cavab matçında da qalib gələrək, (2:1, ilk oyunda 2:0) KL-də üçüncü mərhələyə yüksəlib.
Bu mərhələdə onlar Serbiya “Partizanı” ilə qarşılaşacaqlar.

