"Sabah" əzmkar qələbə ilə növbəti mərhələdə - YENİLƏNİB

3 Avqust 2023 21:58 Sabah 1 176
"Sabah" əzmkar qələbə ilə növbəti mərhələdə - YENİLƏNİB

“Sabah” bu gün Konfrans Liqasının 2-ci təsnifat mərhələsində cavab oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, Murad Musayevin baş məşqçi olduğu komanda “Bank Respublika Arena”da Latviyanın RFS komandasını qəbul edib.

Bakı təmsilçisi lk qarşılaşmada rəqibini 2:0 hesabı ilə məğlub etmişdi.

Cavab görüşündən də əzmkar qələbə ilə ayrılan Azərbaycan klubu növbəti mərhələyə vəsiqə qazanıb. Murad Musayevin komandası 3-cü raundda Serbiya “Partizan”ı ilə qarşılaşacaq.

3 avqust

"Sabah" – RFS 2:1

Qollar: Coy Lens Mikels, 77. Emmanuel Apeh, 90+4 – Yanus İkauniyek, 67.

Qırmızı vərəqə: Andrey İliç, 34
Baş hakim: Fedayi San (İsveçrə)
İlk oyun – 2:0
“Bank Respublika Arena”

"Sabah": 1. Yusif İmanov, 2. Amin Seydiyev, 3. Con İrasabal, 4. Elvin Camalov, 7. Boyan Letiç, 10. Aleksey İsayev, 12. Vinsent Till, 15. Kristian da Silva, 18. Davit Volkov, 20. Coy Lens Mikels, 44. Sofian Çakla
Ehtiyat oyunçular: 16. Rustam Samiqullin, 55. Nicat Mehbalıyev, 5. Rəhman Daşdəmirov, 6. Şakir Seyidov, 9. Anatoli Nuriyev, 17. Tellur Mütəllimov, 19. Emmanuel Apeh, 21. İldar Alekperov, 24. Maruan Hadudi, 27. Jarl Marqarita, 29. Ceyhun Nuriyev, 77. Namik Ələskərov
Baş məşqçi: Murad Musayev

RFŞ: 13 Yevgeni Neruqal, 3. Artur Zyuzin, 9. Yanus İkauniyeks, 10. Emerson, 11. Roberts Savaļniyeks. 19. Andrey İliç, 23. Herdi Prenqa, 25. Pyotr Mareş, 27. Adam Marxiyev, 43. Jiqa Lipuşçek, 52. Martsis Oş
Ehtiyat oyunçular: 1. Pavel Şteynbor, 16. Sergey Vilkovs, 2. Vladislav Sorokin, 7. İsmael Diomande, 8. Daniels Ontujans, 17. Sedrik Kuadio, 18. Dmitri Zelenkov, 22 Darko Lemayiç, 70. Draqolyub Saviç, 92. Vitali Yaqodinski, 99. Qleb Zaleyko
Baş məşqçi: Viktor Moroz

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti