Konfrans Liqasında çıxış edən "Sabah" tarixi uğurun astanasındadır.
Trixində ilk dəfə avrokuboklarda çıxış edən komanda ilk qələbəsini ötən həftə Latviyada qazandı - 2:0.
İndi isə Latviya çempionu RFS üzərində həmin üstünlüyü qorumaqla ilk dəfə mərhələ adlamaq olar. Elə ilk ev qələbəsi də pis olmaz.
Bir sözlə, gənc komanda bir çox ilklərin astanasındadır.
Təəssüf ki, indidən Masazır təmsilçisin növbəti mərhələdə görənlər var.
Amma rəqibin gücünü aşağılamaq, şanslarını kiçiltmək olmaz.
Heç RFS-in son illərdəki yüksəlişin də bir kənara qoyuram.
Rəqibin ilk matçda verdiyi qığılcım da təhlükə saçırdı.
Meydanda çox təcrübəli davranan Viktors Morozsun yetirmələri hətta 0:2-də belə panika yaşamadılar.
Aramla, inamla hücumlar qururdular. Asanlıqla fürsətlər əldə edirdilər.
Bu, daha çox duran toplardan olsa belə.
Əbəs deyil ki, sona yaxın dirək, Yusif İmanovun yaxşı oyunu olmasaydı bu gün başqa şeylərdən danışırdıq.
Cavab matçının lk dəqiqələrində rəqibin vuracağı bir qol hər şeyi 180 dərəcə dəyişə bilər.
Yəni, birinci mərhələ ilə bağlı təhlükə tam sovuşmayıb/uzaqlaşmayıb. Hətta qapıdadır deyə bilərik.
Həqiqətən, arxayınlıq fiaskoya yol aça bilər. İndidən "Partizan"ı düşünmək isə axmaqlıq olardı.
Yaxşı ki, belə məqamda komandanın çalışdırıcısı Murad Musayev öz soyuqqanlığın qoruya bilir.
Hər halda, rusiyalı mütəxəssisin oyun öncəsi verdiyi açıqlama onun matça nə qədər ciddi yanaşdığını, ilk görüşü tamamilə unutduğunu göstərmiş oldu.
Belə ki, arxayınçılılqla bağlı Musayevə unvanlanan suala cavab belə olub: "Zarafat edirsiniz? Şanslar 50/50-dir.
Məşqçi kimi əsas məqsədimiz etdiyimiz səhvlərdən nəticə çıxarmaq və futbolçuları oyuna düzgün şəkildə kökləməkdir. 2:0 hesabı hələ heç nə demək deyil. Bir səhv hər şeyi tamamilə dəyişə bilər. Sakit olmalıyıq".
Məncə, ilk oyundakı nəticədən çox Musayevin bu açıqlaması növbəti mərhələ üçün daha çox ümid verir.
XANOĞLAN İMANOV

