"Sabah"da mövsümün sonu müqaviləsi bitən futbolçulardan biri də Abdulaye Ba oldu.
Konfrans Liqasında hazırlaşan komanda Bakı-Qəbələ toplanışını başa vurub və hazırda hazırlığın ikinci mərhələsini Avstriyanın Tirol şəhərində davam etdirir.
Seneqal millisinin üzvü isə hələ də düşərgədə yoxdur.
Onunla yolların ayrılması barədə isə klub tərəfindən heç bir rəsmi məlumat verilməyib.
Maraqlıdır, mərkəz müdafiəçisi ilə bağlı yaranmış qeyri-müəyyənliyin səbəbi nədir?
Kiçik araşdırma apardıq.
Və məlum olduq ki, 32 yaşlı futbolçu ilə bağlı yaranmış durum səbəbsiz deyil.
Belə ki, klubla oyunçu arasında danışıqlar hələ də tam bitməyib.
Düzdü, onun klubda qalmaq ehtimalı azdır. Amma mövzu tam olaraq da qapanmayıb. Hər an Ba kollektivə qoşula bilər.
Ona görə də klub ayrlıq xəbərin yaymağa tələsmir.
"Portu", "Fənərbaxça", "Deportivo" kimi məşhur klublarda oynamış afrikalı legioner ötən ilin yayı "Sabah"a keçib.
O, arxada qalan mövsüm 23 görüşdə meydana çıxıb və 2 qolla yadda qalıb.
XANOĞLAN / SPORTİNFO.AZ

