Azərbaycan klubu bu legionerin transferindən İMTİNA ETDİ

1 İyul 2023 09:00 Sabah 2 770
Azərbaycan klubu bu legionerin transferindən İMTİNA ETDİ

"Sabah" yeni mövsümün transfer fəaliyyətini davam etdirir.

Sportinfo.az xəbər verir ki, Masazır təmsilçisinə "Soçi" ilə müqaviləsi başa çatan Joazinyo təklif olunub.

Bu barədə Rusiya mətbuatı məlumat yayıb. "Sabah"ın baş məşqçisi Murad Musayev braziliyalı vingerin yaşı çox olduğu üçün bu transferdən imtina edib.

Joazinyo "Soçi"yə 2020-ci ilin yayında Moskva "Dinamo"sundan keçib.

34 yaşlı ön xətt oyunçusu Premyer Liqa təmsilçisinin heyətində son mövsümdə meydana çıxdığı 27 rəsmi matçda 4 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
20 Oktyabr 16:10 Çək və bizə göndər!
20 Oktyabr 12:50 "Sportinfo TV”də GÜNDƏM
20 Oktyabr 07:30 Premyer Liqanın “100”ü
20 Oktyabr 04:30 "Sabah" NTD-yə qalib gəldi
20 Oktyabr 03:50 "Tarix yazdıq"