Azərbaycanda rəqib tanımayan FUTBOL AKADEMİYASI - TANIŞ OLUN

30 İyun 2023 21:00 Sabah 2 381
Azərbaycanda rəqib tanımayan FUTBOL AKADEMİYASI - TANIŞ OLUN

Ölkəmizdə başa çatan futbol mövsümü futbol ictimaiyyətinin haqqında ən çox danışdığı komanda sözsüz ki, "Sabah" oldu.

Masazır təmsilçisi baş məşqçi Murad Musayevin rəhbərliyi altında tarixinin ən böyük uğuruna imza ataraq sezonu gümüş medalla başa vurdu.

Klub təkcə bu uğuruna görə yox, həm də göstərdiyi oyun, etdiyi transferlər, atdığı sosial addımlarla da zaman-zaman gündəmə gəlməyi bacardı.

Lakin "tələbələr" barəsində danışarkən vurğunu yalnız əsas komandaya qoymaq heç də insafdan olmaz.

Bakı təmsilçisinin futbol akademiyası üçün də 2022/2023 sezonu yəqin ki, hələ uzun illər xoş xatirə kimi yaddaşlarda qalacaq.

Belə ki, əsas komanda kimi balacalar da qatıldıqları turnirlərdə adlarından sözün həqiqi mənasında söz etdirməyi bacardılar.

13 yaşa qədər nəticələr qeydə alınmadığı üçün biz də məhz bu yaş qrupundan başlayaraq əldə edilən uğurları sizə təqdim edirik:

U-13 - qızıl

U-14 - gümüş

U-15 - qızıl

U-16 - qızıl

U-17 - qızıl

U-19 - bürünc

Əlavə olaraq ölkə xaricində qazanılan çempionluqları da qeyd etmək olar:

U-11 Gürcüstanın Tbilisi şəhərində təşkil edilən “Tengiz Sulakvelidze Academy 2023” turnirində qızıl medallara sahib olub.

U-12 komandası Türkiyədə təşkil olunan "Rize Cup" turnirində qalib olub.

U-11 komandası Gürcüstanın Batumi şəhərində keçirilən “Shota Cup” turnirində bütün rəqiblərini qabaqlamağı bacarıb.

Bir sözlə, bu klubda rəhbərlik, məşqçilər, idarəçilər heç də bütün diqqəti əsas komandaya yönəltməyiblər.

Bu gün yatırım edən sponsor, həm də sabahı qarantiyə almağa çalışır.

Və yuxarıdakı mənzərə əyani sübutdur ki, "Sabah"ın bu günü gümüşlə bitibsə, sabahı qızılla mütləq bitəcək. Axı gələcək "qızıl əllər"dədir. Yolun istiqaməti doğru tapılıb, qalır belə də davam etmək. Ki, bizlər də daha işıqlı "Sabah" görə bilək.

XANOĞLAN İMANOV

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə yazılıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti