“Sabah" "Krasnodar"ın futbolçusu Maqomed-Şapi Süleymanovu icarəyə götürə bilər.
Bu haqda "Legalbet" məlumat yayıb.
Bildirilib ki, Aleksey Kaşukun gedişindən sonra sağ cinah yarımmüdafiəçisi axtaran "tələbələr" 24 yaşlı vingeri qış fasiləsində birdəfəlik transfer etmək şərtilə heyətinə qatmaq istəyir.
İddiaya görə, Masazır klubu oyunçuya illik 250-300 min dollar ödəməyə hazırdır.
Ötən mövsümü icarə əsasında "Hapoel"də (Beer-Şeva) keçirmiş Maqomed-Şapi Süleymanov 35 oyuna 5 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
Saytımızın əldə etdiyi kimi, Murad Musayev vaxtilə çalışdığı “Krasnodar”dan yaxşı tanıdığı Süleymanovu yenidən öz sərəncamında görmək niyyətindədir.
“Sabah”ın baş məşqçisi onunla əlaqə saxlayıb və fikrini bildirib. Rusiyalı çalışdırıcı həmçinin “Krasnodar”ın rəsmiləri ilə bu haqda danışıb.
Krasnodar vilayətinin eyniadlı təmsilçisi Maqomedin dönüşünü istəmir.
Sadəcə, onu yenidən icarəyə.vermək variantına bir elə isti yanaşmırlar. Məqsədləri yarımmüdafiəçini birdəfəlik satmaqdır.
Real müştəri olsa, klubun yetirməsini 800 min avroya “əldən çıxaracaqlar”.
SPORTİNFO.AZ

