Azərbaycan klubundan MARAQLI VİDEO TƏQDİMAT: “Mən İşıq Krallığından gəlirəm”

28 İyun 2023 22:40 Sabah 1 078
Azərbaycan klubundan MARAQLI VİDEO TƏQDİMAT: “Mən İşıq Krallığından gəlirəm”

Mövsümlərarası transfer çalışmalarını davam etdirən “Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.

Sportinfo.az xəbər verir ki, mərakeşli müdafiəçi Sofian Çakla bundan sonra Masazır klubunun uğurları üçün çalışacaq.

29 yaşlı futbolçu ilə 2 illik müqavilə bağlanıb.

“Sabah”ın mətbuat xidməti onunla bağlı maraqlı təqdimat videosu hazırlayıb. Sofian burada “Mən İşıq Krallığından gəlmişəm” söyləyib.

Görüntülər social şəbəkələrdə böyük rəğbətlə qarşılanıb.

Çakla karyerası ərzində İspaniyanın “Malaqa B” (2012-2014), “Betis B” (2014), “La Roda” (2015-16), “El Ejido” (2016-2017), “Almeria B” (2017-2018), “Melilya” (2018-2019), “Vilyarreal B” (2019-2020), “Vilyarreal” (2020-2021), “Xetafe” (2021), “Ponferradina” (2023), Macarıstanın “Videoton” (2014-2015) və Belçikanın “Leuven” (2021-2022) klublarında çıxış edib.

O, Mərakeş millisində 4 oyun keçirib.

Sofian “Sabah”da 44 nömrəli formada çıxış edəcək.

Digər Xəbərlər
Xəbər Lenti
20 Oktyabr 16:10 Çək və bizə göndər!
20 Oktyabr 12:50 "Sportinfo TV”də GÜNDƏM
20 Oktyabr 07:30 Premyer Liqanın “100”ü
20 Oktyabr 04:30 "Sabah" NTD-yə qalib gəldi
20 Oktyabr 03:50 "Tarix yazdıq"