“Qarabağ”lıların adımı səsləndirməsini eşidəndə..." - Əcnəbi məşqçidən ETİRAF

28 İyun 2023 17:00 Sabah 2 755
“Qarabağ”lıların adımı səsləndirməsini eşidəndə..." - Əcnəbi məşqçidən ETİRAF

“Qarabağ” bu mövsüm 10-cu çempionluğunu bayram etdi.

Amma budəfəki uğur heç də asan başa gəlmədi.

Mövsümün surpriz komandası olan “Sabah” çempionatın müəyyən bölümlərində ağdamlılara ciddi müqavimət göstərməyi bacardı.

Lakin təcrübəsizlik çempionluq yolunda sona kimi duruş gətirməyə imkan vermədi. Hər halda, autsayderlərlə oyunlarda itirilən xal itkiləri buna bariz nümünədir.

Amma ümumilikdə Masazır klubunun “Köhlən atlarla” idman prinsipləri çərçivəsində apardığı mübarizə hər kəsə xoş oldu.

Əbəs deyil ki, ilk dəfə “Qarabağ” azarkeşləri rəqib məşqçini alqışlarla qarşıladılar.

Sportinfo.az-a açıqlama verən Murad Musayev də arxada qalan sezon Qurban Qurbanovun yetirmələri ilə apardıqları mücadilədən məmunluğunu dilə gətirib:

“Qarabağ”la oyunlarımızda hər iki komandanın ifasında barışmaz mübarizə, çoxlu emosiya və hədsiz qələbə istəyinin şahidi olduq.

Amma ən əsası, klublarımız arasında olan qarşılıqlı hörmətdir. Onları layiqli çempionluq və ikinci ulduz qazanmaları münasibətilə təbrik edir, avrokuboklarda uğurlar arzulayıram!".

Rusiyalı mütəxəssis də fanatların ona olan münasibətini hələ unutmadğını bildirib:

“Qarabağ” azarkeşləri tərəfindən adımın səsləndirilməsini eşidəndə müsbət mənada təəccübləndim. Xoş anlar idi. Onlara da təşəkkür edirəm”.

XANOĞLAN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti