Konfrans Liqasında II təsnifat mərhələsinin püşkü atılıb.
İsveçrənin Nyon şəhərində keçirilən mərasimdə Azərbaycan təmsilçilərinin də rəqibləri bəlli olub.
"Sabah" “Makedoniya” (Şimali Makedoniya) – RFŞ (Latviya) cütünün qalibi ilə qarşılaşacaq. Masazır klubu ilk matçını səfərdə oynayacaq.
Konfrans Liqasında II raundun oyunları iyulun 27-də və avqustun 3-də keçiriləcək.
“Sportinfo TV”nin şef-redaktoru İlkin Fikrətoğlu “Sabah”ın şanslarını qiymətləndirib.
Tanınmış telejurnalist bildirib ki, ilk dəfə avrokuboklarda iştirak edəcək komandanın püşkdə bəxti gətirib:
“Murad Muayev beynəlxalq arenada ilk imtahanını verəcək. O, mətbuat konfranslarında olduğu kimi, püşklə bağlı açıqlamasında da cəsarətlə danışıb.
Aleksey Kaşukun gedişinə rəğmən, bu komandanın avrokuboklarda uğurla debüt etmək şansı yüksəkdir”.
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

