Mərakeş millisinin futbolçusu Sofian Çaklanı karyerasını Azərbaycanda davam etdirəcək.
“Sabah” 30 yaşlı mərkəz müdafiəçisinin keçidi üçün İspaniya klubu “Ponferradina” ilə danışıqları müsbət yekunlaşdırıb.
Ucaboy oyunçunun “Ponferradina” ilə sözləşməsi 2024-cü ilin yayına qədər olduğundan, klubu onu pulsuz yola salmaq fikrində deyildi.
Odur ki, “Sabah” təzminat ödəməli olub.
Çakla ölkəmizə gəlmək üçün İspaniyanın II liqa komandalarından gələn təklifləri rədd edib.
“Vilyarreal”dan sonra bu dəfə “Sabah”ın heyətində avrokuboklarda çıxış etmək istəməsi səbəbindən
"Sabah"dan savayı, İspaniyadan "Rasinq" və "Mirandes" onunla maraqlanırdı.
O, karyerası ərzində İspaniyada “Malaqa”, “Almeriya” və “Xetafe”nin də formasını geyinib. Həmçinin Belçikada "Löven” və Macarıstanda “MOL Vidi Fehervar”ın uğurları üçün tər töküb.
Gələn həftə Azərbaycana gələcək mərakeşli ilə 2 illik (1+1) müqavilə imzalanması nəzərdə tutulur.
“Sabah” 2023/2024 mövsümündə Konfrans Liqasında mübarizə aparacaq. Azərbaycan Premyer Liqasının gümüş mükafatçısı II təsnifat mərhələsindən yarışa qoşulacaq.
SPORTİNFO.AZ

