Daha dözə bilmir: "Azərbaycanda hamıdan çox məni meydandan qovurlar"

21 İyun 2023 01:20 Sabah 941
Daha dözə bilmir: "Azərbaycanda hamıdan çox məni meydandan qovurlar"

"Sabah"ın baş məşqçisi Murad Musayev Azərbaycanda hakimliyin vəziyyətini tənqid edib.

Sportinfo.az xəbər verir ki, o, bu barədə Rusiyanın sport24.ru saytına verdiyi müsabibədə danışarkən bildirib.

M.Musayev bildirib ki, Azərbaycan çempionatında meydandan ən çox qovulan məşqçidir.

"Əgər Rusiyada səni ehtiyatla meydandan göndərirlərsə, Azərbaycanda bunu daha az peşəkar şəkildə həyata keçirirlər. İldən ilə buna dözmək mənim üçün çətinləşir".

Özünün meydandan tez-tez qovulmasına reaksiyalara gəlincə, M.Musayev bildirib:

"Kimin nə deməsi məni ən sonda narahat edən məsələdir. Həm "Krasnodar", həm də "Sabah" dürüst oynayıb.

Kim lazımdırsa, o, başa düşəcək. Çox şey haqda mən danışa bilmərəm".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti