Bu müdafiəçi bölgə klubunu "Sabah"a dəyişir

17 İyun 2023 11:40 Sabah 1 868
Bu müdafiəçi bölgə klubunu "Sabah"a dəyişir

"Sabah"ın yay fasiləsində heyətinə qatmaq istədiyi futbolçulardan birinin kimliyi məlum olub.

Bu, "Şamaxı"nın mərkəz müdafiəçisi Rəhman Daşdəmirovdur.

Murad Musayev 23 yaşlı arxa xətt oyunçusunu sərəncamında görmək istəyir.

Artıq tərəflər arasında böyük ölçüdə razılıq əldə olunub.

Bu transferə görə paytaxt təmsilçisi bir qədər xərcə düşməli olub.

Çünki Daşdəmirovun Şamaxı klubu ilə 2024-cü ilin yayına kimi qüvvədə olan müqaviləsi var.

Klubu onu buraxmaq qarşılığında təzminat tələb edib.

Daşdəmirov son mövsüm 37 görüşdə meydana çıxıb və 1 qolla yadda qalıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
20 Oktyabr 16:10 Çək və bizə göndər!
20 Oktyabr 12:50 "Sportinfo TV”də GÜNDƏM
20 Oktyabr 07:30 Premyer Liqanın “100”ü
20 Oktyabr 04:30 "Sabah" NTD-yə qalib gəldi
20 Oktyabr 03:50 "Tarix yazdıq"