Bu xəbəri yaydı, Azərbaycan klubunu dilxor etdi: “O, hər kəsi heyran qoyub”

15 İyun 2023 01:00 Sabah 5 944
Bu xəbəri yaydı, Azərbaycan klubunu dilxor etdi: “O, hər kəsi heyran qoyub”

Ötən mövsümü icarə əsasında "Sabah"da keçirən ukraynalı futbolçu Aleksey Kaşuk müqavilə ilə məxsus olduğu Donetsk "Şaxtyor"unda qalacaq.

Sportinfo.az xəbər verir ki, bu barədə yerli jurnalist Viktor Vatsko açıqlama verib.

O bildirib ki, məşqçilər heyəti hücumameylli yarımmüdafiəçini əsas heyətə qaytarmağı planlaşdırır:

"Başa düşdüyüm qədərilə, Kaşuk “Şaxtyor”a qayıdır. O, "Sabah"dakı çıxışı ilə hər kəsi heyran qoyub.

31 çempionat oyununda 16 qol və 10 məhsuldar ötürmə əla göstəricidir".

Daha əvvəl "Şaxtyor"un 23 yaşlı vinger üçün "Sabah"dan 5 milyon avro təzminat tələb etdiyi bildirilib.

Digər Xəbərlər
Xəbər Lenti
20 Oktyabr 16:10 Çək və bizə göndər!
20 Oktyabr 12:50 "Sportinfo TV”də GÜNDƏM
20 Oktyabr 07:30 Premyer Liqanın “100”ü
20 Oktyabr 04:30 "Sabah" NTD-yə qalib gəldi
20 Oktyabr 03:50 "Tarix yazdıq"