“Qarabağ”lıların bu sevgisi ürəklərə yağ kimi yayıldı - VİDEO

14 İyun 2023 23:40 Sabah 2 382
“Qarabağ”lıların bu sevgisi ürəklərə yağ kimi yayıldı - VİDEO

Peşəkar Futbol Liqasının “Azərsun Arena”da təşkil etdiyi mükafatlandırma mərasimini izləmək üçün xeyli sayda futbolsevər sözügedən stadiona təşrif buyurmuşdu.

Təbii ki, ən fəal nöqtə “İmarət”in üzvlərinin yer aldığı tribuna idi.

“Qarabağ” – “Turan Tovuz” oyununda fəallığı ilə seçilən azarkeşlər mükafatlandırma mərasimində də varlığını göstərməyi bacardı.

Ən diqqətçəkən məqam “İmarət”çilərin “Sabah”ın baş məşqçisinə göstərdiyi diqqət və sevgi idi.

“Sabah” kollektivi medallarına qovuşmaq üçün meydana ayaq basanda “İmarət”in üzvləri bir ağızdan rusiyalı mütəxəssisin ad-soyadını səsləndirdi.

Musayev bir anlıq çaşqınlıq içində qalsa da, “Qarabağ”lıların məhz onu çağırdığının fərqinə varıb tribunaya tərəf yön aldı və həmin fanatlara təşəkkürünü onları alqışlamaqla çatdırdı.

Azərbaycan futbolunda nadir hallarda rast gəlinin bu cür hadisə ürəklərə yağ kimi yayıldı.

Görüntülərin Rusiya mətbuatında necə qarşılanacağı maraqla gözlənilir.

HƏBİB / SPORTINFO./AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti