“Sabah” heyətini yeni legionerilə gücləndirib.
Masazır təmsilçisinin mətbuat xidmətindən Sportinfo.az-a verilən məlumata görə, ukraynalı vinger Aleksey Kaşukla mövsümün sonuna kimi müqavilə imzalanıb.
Donetsk “Şaxtyor”unun yetirməsi olan 21 yaşlı oyunçu karyerası ərzində bu klubun əvəzedici komandası və “Mariupol”un (2019-2022) formasını geyinib.
Aleksey Kaşuk həmçinin Ukraynanın U-21 millisinin üzvüdür.

