Premyer Liqanın 10-cu turunun "Zirə" ilə matçında zədə alan "Sabah"ın üzvü Kristian Sebalyos uzun müddət komandasından uzaq qalmalı oldu.
Nəhayət, son iki turda oynamaq üçün hazır olan legioner oyunçu ötən tur "Səbail" matçda vurduğu möhtəşəm qolla komandasına qələbə qazandırmış oldu. Bu qol həm də Sebalyosun Premyer Liqamızdakı ilk qolu kimi tarixə düşdü.
"Barselona" yetirməsi olan legioner futbolçu vurduğu vacib, tarixi və möhtəşəm qolla bağlı təəssuratlarını Sportinfo.az-la bölüşüb:
"Qol vurduğuma və ən əsası bu qolun komandama qələbə qazandırmasına görə çox şadam. Əlimdən gələni edəcəm ki, ideal formamı qazanıb, qarşıdakı oyunlarda komandama daha çox kömək edim".
31 yaşlı yarımmüdafiəçi aldığı zədələr olmasaydı daha çox qollar vura biləcəyini dilə gətirib:
"Təəssüf ki, zədə səbəbindən cari mövsümdə daha çox şans qazana bilmədim. Oyun parktikası azalanda, futbolçu optimal formasından uzaq düşür. Əlbəttə, zədə olmasaydı, komandama daha çox kömək edə, daha çox qollar və assistlər edə bilərdim".
XANOĞLAN

