"Sabah"a gələn “sambaçı” ilə bağlı MARAQLI DETALLAR

23 Mart 2022 16:40 Sabah 831
"Sabah"a gələn “sambaçı” ilə bağlı MARAQLI DETALLAR

Xəbər verdiyimiz kimi, "Sabah" iki gün əvvəl Lukas Rangeli heyətinə qatdı.

Amma braziliyalı oyunçunun keçidi yeni komandası üçün heç də gündəmdə deyilmiş. Yəni forvard daha əvvəldən Masazır təmsilçisinin transfer siyahısında olmayıb.

Bu barədə klubdan saytımıza məlumat verilib. Belə ki, anlaşmadan bir neçə gün əvvəl menecerlər vasitəsi ilə paytaxt klubuna belə bir futbolçunun mümkün transferi barədə məlumat verilib.

Qol vurmaqla bağlı ciddi problemləri olduğunu yaxşı anlayan baş məşqçi Murad Musayev heç düşümədən braziliyalı oyunçunun gəlişinə razılıq verib.

27 yaşlı oyunçu ən ötən yaydan Ukrayna təmsilçisi "Vorskla"da çıxış edir. Onun debüt ili yaxşı alınmış, ilk 12 matçından 4 qol və 1 asistlə yadda qalmağı bacarmışdı.

Bir sözlə, hücumçu üçün hər şey Ukraynada ürəyincə start götürmüşdü. Normal şərtlərdə çətin ki, Lukas rahatlıqla paytaxt klubuna gələrdi. Amma məlum müharibə onu məcburiyyətdən Bakıya gəlməsinə yol açmış oldu. "Vorskla"dakı performansını burada da davam etdirə bilsə, "Sabah" üçün çox faydalı olacağını indidən demək olar.

XANOĞLAN İMANOV

XANOĞLAN İMANOV

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti