Murad Musayev islahalara haradan başlayacaq?

21 Mart 2022 10:00 Sabah 1 111
Murad Musayev islahalara haradan başlayacaq?

Ölkə kubokundan erkən ələnən «Sabah» olan-qalan bütün ümidini Premyer Liqanın son dövrəsinə bağlayıb.

Burada yalnız «Qəbələ» «dişə batan» kimi görsənir.

Hazırda bu iki komanda arasında xal fərqi 7-dir. Nəzəri cəhətdən götürsək, «Sabah»ın dördüncü, hətta üçüncü yerə də real iddiası qalmaqdadır.

Doğrudur, Murad Musayev avrokuboklara vəsiqə qazanacaq iştirakçılar arasında yer alacaqlarına bir o qədər inanmır, amma ki, bu, futboldur və futbol hər cür sensasiyaya açıqdır.

Rusiyalı komandasını pis oynatmır. «Sabah»ı izləyərkən, məşqçi əlinin izlərini rahatlıqla görmək mümkündür.

Musayevin gəlişi ilə «Sabah» simasını dəyişib, daha döyüşkən və taktiki cəhətdən daha savadlı təsir bağışlayır.

Kor-koranə hücumlar qurulmur, özəlliklə orta sahə oyunçuları öz üzərlərinə düşən funksiyanı dəqiqliyi ilə yerinə yetirməyə çalışır.

Aleksey İsayevin varlığı komanda üçün ciddi üstünlükdür, sadəcə, hücum xəttindəkilərin potensialı onun və digərlərinin əməyini yerə vurur.

Yaradılan və yaxalanan qol epizodlarının dəyərləndirmə faizi xeyli aşağıdır. Bu zonada rəqabət yalnız kağız üzərindədir: say çox olsa da, keyfiyyət yoxdur.

Yəqin ki, Murad Musayev yeni mövsümlə bağlı planlar qurarkən, islahatlara ön xətt oyunçularından başlayacaq.

Böyük ehtimalla, əksəriyyətini, bəlkə də hamısını yola salacaq. Onun son 1-2 turdakı sakit duruşu fırtınadan öncəki sükutu xatırladır.

KAMİL

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti