"Qol vurmaq sarıdan problemlərimiz var, buna baxmayaraq, qələbə qazana bildik".
Sportinfo.az xəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Murad Musayev evdə "Səbail"ə 1:0 hesabı qalib gəldikləri Azərbaycan Premyer Liqasının XX tur oyunundan sonra mətbuat konfransında deyib.
39 yaşlı mütəxəssis qarşılaşmanın çətin keçdiyini söyləyib: "Nəzarət bizdə idi. İkinci hissədən razı qaldım. Rəqibə qarşı ciddi yanaşmışdıq".
Musayev qapıçı Yusif İmanovun debüt etməsinə də münasibət bildirib: "Məşqçilər korpusu ilə belə qərara gəldik ki, ona şans verək.
İmanov bundan çox yaxşı istifadə etdi. Oyunun qırılma nöqtəsi onun qurtarışı oldu. Onu və gənc müdafiəçi Hiqor Qabrieli təbrik edirəm".

