“Sabah”ın ispan futbolçusu dostlarına BU FAKTLA acıq verdi – FOTO

17 Mart 2022 20:40 Sabah 762
“Sabah”ın ispan futbolçusu dostlarına BU FAKTLA acıq verdi –  FOTO

Azərbaycanda oynayan ispaniyalı legioner sosial şəbəkə hesabında maraqlı paylaşımla diqqət çəkib.

“Sabah”lı Xuan Kamaranı Azərbaycanda benzinin qiymətinin ucuz olması təəccübləndirib.

Şəxsi avtomobilinə yanacaqdoldurma məntəqəsində 50 litr yanacaq dolduran yarımmüdafiəçi yekun məbləğə sevinib.

50 litr Aİ-92 markalı yanacağa görə 50 manat ödəyən (litri 1 manat) futbolçu İspaniya ilə Azərbaycan arasındakı qiymətlərdə müqayisə aparıb.

İspaniyada 50 litr benzin 110 avro təşkil edirsə (1 litri 2,2 avro, təxminən 4 manat 30 qepik), Azərbaycanda bu məbləğ 26 avrodur. Təxminən 4 dəfə ucuz.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti