"Sabah"ın zədəli futbolçusu Elvin Camalovdan şad xəbər gəlib.
Belə ki, Premyer Liqanın ötən turunda üzündən ciddi zədə alan yarımmüdafiəçi artıq məşqlərə başlayıb. Halbuki futbolçunun ən azı 2 həftə sonra fərdi məşqlərə başlaya biləcəyi ehtimal olunurdu.
Camalov Premyer Liqanın 18-ci turu çərçivəsində "Keşlə" ilə baş tutan matçın 73-cü dəqiqəsində zədələnərək yerini Kamran Quliyevə verməli olmuşdu.
Qarşılaşmadan sonra MRT muayinəsindən keçən 27 yaşlı futbolçunun üz sümüyündə xətti sınıq aşkarlanmışdı.
O, bu səbəbdən Premyer Liqanın 19-cu turunun "Qarabağ"la baş tutan matçını da buraxmalı olmuşdu.
XANOĞLAN / SPORTİNFO.AZ

