RƏSMİ: "Sabah"ın zədəli müdafiəçisində yırtıq aşkarlandı

14 Mart 2022 14:40 Sabah 969
RƏSMİ: "Sabah"ın zədəli müdafiəçisində yırtıq aşkarlandı

"Sabah"ın müdafiəçisi Bəxtiyar Həsənalizadənin zədəsi ciddidir.

Bu barədə Sportinfo.az-a açıqlamasında komandanın mətbuat xidmətinin rəhbəri Elnur Həmidov məlumat verib.

Sitat: "Bəxtiyar Həsənalızadənin MRT müayinəsinin nəticəsinə əsasən qabırğalararası əzələdə kiçik yırtıq aşkarlanıb. Qarşıdakı oyunu buraxmalı olacaq".

Təcrübəli müdafiəçi Premyer Liqanın 19-cu turunun "Qarabağ"la baş tutan görüşün 60-cı dəqiqəsində zədələnərək əvəzlənməli olmuşdu.

Görüş isə "Qarabağ"ın minimal hesablı qələbəsi ilə başa çatıb - 1:0.

XANOĞLAN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti