“Hakimə “kor” demişəm, cəzamı çəkməyə hazıram, amma...” – SƏMİMİ ETİRAF

12 Mart 2022 19:00 Sabah 869
“Hakimə “kor” demişəm, cəzamı çəkməyə hazıram, amma...” – SƏMİMİ ETİRAF

“Oyunda hakim 5 dəqiqə ərzində iki səhvə yol verdi.

Birinci epizodda rəqibin Elvin Camalova qarşı kobudluğu aşkar qırmızı vərə idi, hakim “sarı” ilə kifayətləndi.

İkincidə top Səlahət Ağayevə rəqibin ayağından getdiyi halda, qapımıza sərbəst zərbə təyin olundu. Halbuki, dördüncü hakim topun ayaqdan getdiyini görmüşdü”.

AFFA-nın İntizam Komitəsinin sonuncu iclasında 5 oyunluq cəzaya və 4000 manat cəriməyə məruz qalan Vitali Kovalyov hadisə və qərarla bağlı Sportinfo.az-a danışıb.

“Sabah”ın məşqçisi “hakimləri təhqir etmək” maddəsi ilə cəzalandırılmasına normal yanaşsa da, cəza və cərimənin həddən artıq ağır olduğu deyib.

O, işlətdiyi ifadənin təhqirdən çox gündəlik həyatda istifadə olunan söz olduğunu bildirib:

“Oyunda hədsiz gərginlik var idi. Təsəvvür edin, bizə mütləq 3 xal lazımdır, oyun isə 0:0 davam edir. Və belə bir vəziyyətdə hakimin səhvləri sıralanır.

Emosiyaların coşduğu vaxtda dördüncü hakimə yaxınlaşıb, “görmürsünüz, korsunuz” dedim. Başa düşürəm, deməməliyim, amma əsəbdən oldu.

Amma “kor” sözünə görə 4000 min manat cərimə və 5 oyun cəza ağırdır. Bilirsiniz niyə? Çünki “kor” sözü digər ifadələr kimi alçaldıcı deyil.

Mən orada küçə söyüşündən, təhqirdən istifadə etməmişəm. Qonşuda, tanışda kiminsə gözləri görməyəndə öz aramızda ona “kor” deyirik.

Razıyam, xoş ifadə deyil. Amma bunu söyüş kimi qəbul etmək də düzgün deyil axı.

Günahım var, cəzalanmalıyam. Mən obyektiv insanam. Amma “kor” sözünə görə 4000 min manat çox ağırdır.

Aidiyyatı şəxslərdən məsələyə yenidən baxıb, cəza və cərimənin yumşaldılmasını xahiş edirəm. Məsuliyyətdən boyun qaçırmıram, amma cəza və cərimə ağırdır.

Küçə söyüşü söyüb, kiminsə şəxsiyyətini alçaltsaydım, başqa məsələ. O ki qaldı apellyasiya şikayətinə, bu barədə klub rəhbərliyi açıqlama verə bilər”.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti