İspaniyadan Azərbaycan klubuna gələn: “Əlimdən gələni edirəm”

12 Mart 2022 16:40 Sabah 1 159
İspaniyadan Azərbaycan klubuna gələn: “Əlimdən gələni edirəm”

“Mən hər dəfə meydana çıxanda ən yaxşı oyunumu sərgiləmək üçün əlimdən gələni edirəm”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Sabah”ın yeni transferi Boyan Letiç deyib.

Fevralda Azərbaycana gələn və Masazır klubu ilə mövsümün sonunadək müqavilə imzalayan 29 yaşlı müdafiəçi artıq Premyer Liqanın 2 turunda forma şansı qazanıb.

Bosniya və Herseqovinadan olan legioner bildirib ki, hələ tam forma yığmayıb, qarşıdakı həftələrdə daha yaxşı təsir bağışlayacaq:

“Fikrim həmişə daha yaxşı səviyyəyə çatmaqdır. Öz oyunumu daha da təkmilləşdirmək üçün var qüvvəmlə çalışacam. Güclü komandaya gəlmişəm və başa düçürəm ki, məndən gözləntilər böyükdür”.

Boyan Letiç karyerası ərzində ölkəsnin “Kozara Qradiska” (2011/12), “Velej Mostar” (2012-2014), “Sarayevo” (2019/20), Slovakiyanın “Jilina” (2014-2017), Çexiyanın “Karvina” (2017-2019) və Serbiyanın “Radniçki Niş” (2020) klublarında çıxış edib.

Onun son klubu İspaniya “Mirandes”i (2020-2022) olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti