“Sabah” 4000 manat “tərlədi” - Məşqçisinin bir sözünə görə

11 Mart 2022 17:20 Sabah 793
“Sabah” 4000 manat “tərlədi” - Məşqçisinin bir sözünə görə

“Sabah”ın məşqçisi Vitali Kovalyov cəzalanıb.

Sportinfo.az xəbər verir ki, bu barədə qərarı AFFA-nın İntizam Komitəsi verib.

Buna Kovalyovun Premyer Liqanın XVIII turunun “Keşlə” ilə oyunundakı davranışı səbəb olub. Onun hakimləri təhqir etməsi qırmızı vərəqə ilə nəticələnib.

İntizam Komitəsi bununla bağlı müvafiq qərar verib. Çalışdırıcı 5 oyunluq diskvalifikasiya edilib. Paytaxt klubu 4000 manat cərimə olunub.

Digər Xəbərlər
Xəbər Lenti
1 Sentyabr 17:10 Çək və bizə göndər!
1 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM