“Sabah”ın və millimizin üzvünə bu ölkədən təklif var

10 Mart 2022 19:00 Sabah 1 761
“Sabah”ın və millimizin üzvünə bu ölkədən təklif var

Asim Əlizadənin ardınca daha bir azərbaycanlı gənc karyerasını Latviyada davam etdirə bilər.

Həm də Asimlə eyni komandada – “Dauqavpils”də.

Dauqavpilsin eyniadlı komandası Şakir Seyidovun xidmətində maraqlıdır.

Latviya təmsilçisi “Sabah”ın və U-21 millimizin üzvünü icarəyə götürmək niyyətindədir. Yarımmüdafiəçi özü də karyerasını Avropada davam etdirməyin əleyhinə deyil.

Son söz təbii ki, “Sabah”ın olacaq. “Tələbələr”in Murad Musayevin şans vermədiyi yarımmüdafiəçinin oyun təcrübəsinin azlığından əziyyət çəkməməsi üçün Latviyaya göndərməyə razı olduğu deyilir.

2019/20 mövsümündə Premyer Liqada 16, 2020/21 mövsümündə 14 matça çıxan Şakir Seyidov cari mövsümdə cəmi 5 oyuna çıxıb. Qış fasiləsindən sonra isə ümumiyyətlə meydana ayaq basmayıb.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti