"Sabah"ın zədəli futbolçusu Elvin Camalovun durumuna aydınlıq gəlib.
Klubdan Sportinfo.az-a bildirilib ki, yarımmüdafiəçinin üz sümüyündə xətti sınıq aşkar olunub. O, 2 həftə sonra fərdi məşqlərə başlaya biləcək.
Camalov dünən Premyer Liqanın 18-ci turu çərçivəsində "Keşlə" ilə baş tutan matçın 73-cü dəqiqəsində zədələnərək yerini Kamran Quliyevə verməli olmuşdu.
Qarşılaşmadan sonra keçirilən mətbuat konfransında baş məşqçi Murad Musayev 27 yaşlı futbolçunun qaşının partladığını və beyninin silkələndiyini bildirmişdi.
"Keşlə" - "Sabah" görüşü qonaqların minimal hesablı (0-1) qələbəsi ilə başa çatıb.
XANOĞLAN

