"Sabah"ın futbolçusu Elvin Camalov zədələnib.
Sportinfo.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi səfərdə "Keşlə"yə qarşı keçirilən Premyer Liqanın XVIII tur matçında ciddi xəsarət alıb.
Görüşün 57-ci dəqiqəsində meydan sahiblərinin yarımmüdafiəçisi Sadio Tounkaranın ayağı Camalovun sifətinə dəyib.
Oyunçu ilkin tibbi yardımdan sonra həkimlərin müşayiəti altında meydanı tərk edib. Onu Kamran Quliyev əvəzləyib.
Elvin Camalov Azərbaycan millisinin də üzvüdür.

