"Sabah"In baş məşqçisi Murad Musayev Rusiya "Krasnodar"ının sükanı arxasına keçəcəyinə dair iddialara münasibət bildirib.
Sportinfo.az xəbər verir ki, 39 yaşlı mütəxəssis "sports.ru"ya açıqlamasında keçmiş klubunun onun mümkün qayıdışını nəzərdən keçirməsi iddialarının doğru olmadığını bildirib.
"Klub çətin vəziyyətə düşüb. "Krasnodar"a güc və uğur arzulayıram", - deyə o, əlavə edib.
Murad Musayev 2017 - 2021-ci illərdə "Krasnodar"ın baş məşqçisi olub. Bu komandanı bir neçə gün əvvəl almaniyalı Daniel Farke köməkçiləri ilə birlikdə tərk edib.
Baş məşqçi səlahiyyətlərinin icrasını Aleksey Antonyuk yerinə yetirir. "Krasnodar" Premyer Liqada 18 oyundan 29 xalla 6-ı yerdə gedir.

