Rusiyadan Azərbaycana qayıtdı, işinin başına keçdi

4 Mart 2022 12:40 Sabah 3 943
Rusiyadan Azərbaycana qayıtdı, işinin başına keçdi

"Sabah"ın usiyalı baş məşqçisi Murad Musayev Bakıya qayıdıb.

Sportinfo.az xəbər verir ki, 39 yaşlı mütəxəssis dünən axşam saatlarında Azərbaycana gəlib.

Musayev həftənin əvvəlində şəxsi işləri ilə əlaqədar Rusiyaya yollandığı bildirilib.

"Championat" nəşri Murad Musayevin "Krasnodar"da komandanı tərk edən Daniel Farkeni əvəzləyə biləcəyini yazıb.

Ötən ilin oktyabrından "Sabah"a başçılıq edən baş məşqçi paytaxt klubu ilə 2 illik müqavilə imzalayıb. O, 2018 - 2021-ci illərdə "Krasnodar"ın əsas komandasına rəhbərlik edib.

Digər Xəbərlər
Xəbər Lenti
1 Sentyabr 17:10 Çək və bizə göndər!
1 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM