“Sabah”ın baş məşqçisi Murad Musayev “Krasnodar”a qayıdacağı ilə bağlı yayılan söz-söhbətlərə son qoyub.
Sportinfo.az xəbər verir ki, hazırda Rusiyada olan 39 yaşlı mütəxəssis yerli mətbuata açıqlamasında bunu təkzib edib.
Musayev “Sabah”dakı işini davam etdirəcəyini söyləyib: “Mən doğrudan da “Sabah”dan gedirəm? Xeyr, bu doğru deyil.
“Krasnodar”dan ora qayıtmaq təklifi gəlməyib. Şəxsi işlərimlə bağlı bir neçə günlük Krasnodara uçmuşam. Tezliklə Bakıya qayıdacağam”.
“Krasnodar” almaniyalı mütəxəssis Daniel Farke ilə dünən yollarını ayırıb.

