"Sabah"ın futbolçusu Gürcüstanda ən yaxşı seçildi

2 Mart 2022 17:40 Sabah 1 058
"Sabah"ın futbolçusu Gürcüstanda ən yaxşı seçildi

“Sabah”ın U-17 komandası Gürcüstanın paytaxtı Tbilisidə keçirilən “LeaderBet Cup” turnirində iştirak edib.

Sportinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, təmsilçimiz turnir çərçivəsində 2 oyunda qüvvəsini sınayıb.

"Sabah" ilk matçda Tbilisinin yığma komandası ilə qarşılaşıb. Oyun rəqibin qələbəsi ilə başa çatıb (1:4). Görüşdə "Sabah"ın yeganə qolunu Əhməd Tarverdiyev vurub.

İkinci oyunda isə “Sabah” yerli “Saburtalo” komandasından olan həmyaşıdları ilə üz-üzə gəlib. Matç təmsilçimizin 2:1 hesablı qələbəsi ilə başa çatıb. "Sabah"ın qollarına Ramil Nurəhmədov və Tuncay Yusifli imza atıblar.

"Sabah"ın üzvü Əsgər Məmmədli turnirin ən yaxşı qapıçısı seçilib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
10 İyul 16:30 Çək və bizə göndər!