Azərbaycan futbolunda daha bir oyunçu milliləşdirilib.
“Sabah”ın oyunçusu Abdula Xaybulayev artıq yerli status alıb.
Bu barədə Sportinfo.az-a klubun mıtbuat xidmətinin rəhbəri Elnur Həmidov bildirib:
“Futbolçumuz Abdulla Xaybulayev artıq ötən turdan çempionatda Azərbaycan vətəndaşı kimi çıxış edir. Bu məsələ ilə bağlı onun müvafiq orqanlara müraciətinə müsbət cavab verilib”.
Beləcə, mövsümün ilk yarısında Rusiya vətəndaşı kimi sifariş olunan legioner artıq bu statusdan qurtulub. O, Premyer Liqa və I Divizionda Azərbaycan vətəndaşı kimi çıxış edəcək.
Dağıstan futbolunun yetirməsi olan 21 yaşlı Abdulla cari mövsümdə 11 oyun keçirib (10 oyun çempionatda, 1 oyun kubokda).
2019-cu ildə “Anji”nin ikinci komandasından “Sabah”ın U-19-una keçən yarımmüdafiəçi yaxın gələcəkdə 21 yaşlılardan ibarət yığmaya dəvət alacaqmı?
E.Həmidov bu haqda deyib ki, Abdullanın ora dəvət olunub-olunmayacağı məsələsinə yığmanın məşqçiləri qərar verə bilər.

