Azərbaycan klubundan getdi, “Aktobe” ilə anlaşdı

1 Mart 2022 11:20 Sabah 3 031
Azərbaycan klubundan getdi, “Aktobe” ilə anlaşdı

Qış fasiləsində “Sabah”dan ayrılan Saşa Stamenkoviç özünə yeni komanda tapıb.

Sportinfo.az xəbər verir ki, serbiyalı qolkiper yenidən Qazaxıstanda çıxış edəcək.

2016-2018-ci illərdə bu ölkənin “Okjetpes”də çıxış edən 37 yaşlı oyunçu bu dəfə “Aktobe” ilə anlaşıb. Klub rəsmi saytı vasitəsilə müqavilənin imzalandığını açıqlayıb.

2011-2015-ci illərdə ölkəmizdə “Neftçi”nin formasını geyinən Saşa Stamenkoviç 2018-ci ildən bu ilin əvvəlinə qədər “Sabah”da çıxış edib.

Digər Xəbərlər
Xəbər Lenti
1 Sentyabr 17:10 Çək və bizə göndər!
1 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM