Hər şey var, lider yox – Musayevin yeganə problemi

28 Fevral 2022 19:40 Sabah 1 134
Hər şey var, lider yox – Musayevin yeganə problemi

Hələ iki həftə öncə nə demişdik, dediyimiz kimi oldu.

Demişdik ki, Rəvan Həmzəzadənin o hoqqabazlığı «Sabah»ın başında çatlayacaq, Murad Musayev komandanın dağılmış psixologiyasını toparlamağa, kubok mübarizəsindən erkən uzaqlaşdırmanın gətirdiyi basqının fəsadlarını yığıb-yığışdırmağa, aradan qaldırmağa çətinlik çəkəcək.

İki həftə qabaq verdiyimiz proqnoz bu gün Murad Musayevin özü tərəfindən təsdiqlənir. Etiraf edir ki, avrokuboklara vəsiqə qazanmaq ehtimalı çox zəifləyib.

Bu yandan da dərk etməyə başlayıb ki. istər qış fasiləsində, istərsə də ondan sonra apardığı transfer siyasəti tam yerinə oturmayıb, komandanı beynindəki şəkilə sala, formalaşdıra bilməyib.

Rusiyalı mütəxəssis oyun planında çox yenilik gətirib «Sabah»a. yeknəsək və ürəksıxıcı futbol oynatmır. Uğuru rəqib qapısı ağzında axtarır, hücum futboluna üstünlük verir.

Musayevin gəlişi ilə «Sabah»ın şablonu dəyişib, gəl ki, bir problem xüsusən indiki məqamda komandanı yenidən geri atır. Bu da liderlik keyfiyyəti olan futbolçunun yoxluğudur.

Aleksey İsayevin oyunu öz üzərinə götürməyi bacarır, lakin o, xarakter olaraq fiqurant, avtoritet deyil. Qol buraxan kimi ruhdan düşür, özlərinə gələnə kimi axşam düşür.

Musayev yalnız oyunu ilə yox, sözüylə də komandanı idarə edəcək bir futbolçu tapmalı idi, tapmayıb.

KAMİL

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti