"Sabah" Xuan Kamaradan şad xəbər alıb.
Belə ki, zədə səbəbindən "Zirə" ilə ötən həftəsonu keçirilən qarşılaşmanı (0:2) buraxan ispaniyalı yarımmüdafiəçinin MRT cavabı ürəkaçan olub.
Diaqnoz göstərib ki, futbolçunun ciddi problemi yoxdur və növbəti matçda oynaya bilər.
"Sabah"ın növbəti matç Premyer Liqanının 17-ci turu çərçivəsində bu həftə "Neftçi"yə qarşı olacaq.
27 fevral "Bank Respublika Arena"da keçirləcək matç 17:00-da start götürəcək.
XANOĞLAN / SPORTİNFO.AZ

