4 aylıq müqavilə, 20 min dollar qazanc - FOTO

20 Fevral 2022 17:40 Sabah 1 443
4 aylıq müqavilə, 20 min dollar qazanc - FOTO

Mövsümün gedişində “Sabah”la müqavilə imzalayan, amma qısa zamanda ölkəmizi tərk edən Petar Şkuletiç özünə komanda tapıb.

31 yaşlı serbiyalı forvard ölkəsində oynayacaq.

Mərkəz hücumçusu Superliqada yarışan "Baçka Topola" ilə anlaşıb. Sözləşmə 4 aylıq nəzərdə tutulub və o, bu müddətdə 20 min dollar qazanacaq.

Skuletiç ötən ilin sentyabrında “Monpelye”dən "Sabah"a gəlmişdi. 2 illik müqaviləyə imza atan balkanlı forvard Premyer Liqamızda cəmi 4 oyunda iştirak edib.

Müvafiq olaraq “Neftçi”yə qarşı 59, “Keşlə” ilə matçda 76, “Qarabağ”la oyunda 13, “Sumqayıt”la qarşılaşmada isə 42 dəqiqə meydanda olan Skuletiç fərqlənə bilməmişdi.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti