Azərbaycanlı yeniyetmə bir mövsümdə 76 qol vurdu – “Sabah”ın çempionu

27 İyun 2023 01:50 Sabah 940
Azərbaycanlı yeniyetmə bir mövsümdə 76 qol vurdu – “Sabah”ın çempionu

AFFA U-15 Liqasının 2022/2023-cü illər mövsümünə yekun vurulub.

Sportinfo.az xəbər verir ki, ASCO Arenada keçirilmiş final görüşündə “Sabah” “Neftçi” ilə üz-üzə gəlib.

Finalda rəqibini 1:0 hesabı ilə məğlub edən “Sabah” liqanın qalibi olub.

Üçüncü yer uğrunda oyunda isə “Zirə” “Araz Naxçıvan” üzərində 6:0 hesablı qələbə qazanıb.

"Neftçi"dən Elvin Vəliyev AFFA U-15 Liqasının ən yaxşı oyunçusu seçilib və xüsusi hədiyyə ilə mükafatlandırılıb.

Bu, “Sabah” akademiyasının komandalarının son mövsümdə 4-cü çempionluğudur. U-15-dən başqa, U-13, U-16 və U-17 mövsümü qızıl, U-14 komandası isə gümüş medallarla başa vurub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti