“Sabah” müqavilə müddəti bitən Kevin Kubemba ilə yollarını ayırıb.
Klubun mətbuat xidməti Sportinfo.az-ın yaydığı xəbəri rəsmən təsdiqləyib (https://www.sportinfo.az/idman_xeberleri/sabah/114678.html).
Masazır təmsilçisi 2019-cu ilin iyun ayından onun formasını geyinən hücumçuya xidmətlərinə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.
Konqo əsilli fransız legioner 2018-ci ildən Azərbaycanda çıxış edirdi. O, 2 il öncə "Səbail"dən "Sabah"a transfer olunmuşdu.
Bununla da mövsüm başa çatandan sonra "Sabah'"n yolları ayırdığı futbolçuların sayı 4-ə çatıb
“Sabah” Kubembadan başqa müqavilə müddəti bitən Məhəmməd Mirzəbəyov, Amadu Diallo və Alvaro Vilyete ilə vidalaşıb.

