"Sabah"da növbəti ayrılıq baş tutub.
Sportinfo.az-ın məlumatına görə, Masazır təmsilçisi Kevin Kubembanı yola salıb.
Konqo əsilli fransız hücumçu ilə müqavilənin müddəti uzadılmayıb. 26 yaşlı legioner Azərbaycana 2018-ci ildən çıxış edirdi. O, 2 il öncə "Səbail"dən "Sabah"a transfer olunmuşdu.
Bununla da mövsüm başa çatandan sonra "Sabah'"n yolları ayırdığı futbolçuların sayı 4-ə çatıb
“Sabah” Kubembadan başqa müqavilə müddəti bitən Məhəmməd Mirzəbəyov, Amadu Diallo və Alvaro Vilyete ilə vidalaşıb.

