"Çox qəribə haldır, komanda uduzur, amma reaksiya yoxdur"

26 Fevral 2021 19:00 Sabah 866
"Çox qəribə haldır, komanda uduzur, amma reaksiya yoxdur"

"Azərbaycan millisində "Sabah"ın 3-4 futbolçusu var. Onları fikirləşmək lazım deyil?".

AFFA Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov "Sabah"ın çıxışı barədə fikirlərini Sportinfo.az-a açıqlayıb.

Təcrübəli mütəxəssis Masazır klubunun Premyer Liqada uğur qazanması üçün böyük potensialı olduğunu bildirib:

"Millimiz mart ayında dünya çempionatının seçmə mərhələsində 3 oyun keçirəcək. Həmin futbolçular da bu görüşdə iştirak edəcəklər.

Çox qəribə haldır ki, komanda uduzur, amma reaksiya yoxdur. İnandırım sizi, güclü heyətləri var. Sadəcə, məşqçi işi görsənmir.

O, komandan sanki "necə alınar alınar" fikri ilə oyunlara çıxarır. Bununla da uzağa getmək olmaz.

Belə olan halda, oradakı yığma üzvüləri də inkişaf edə bilməz. Halbuki mən fikirləşirəm ki, "Sabah"da yaxşı şərait yaradılıb, heç bir başqa problem yoxdur".

Digər Xəbərlər
Xəbər Lenti