"Sabah"da hər şeyimiz var, heç bir çətinlik çəkmirik"

20 Fevral 2021 14:20 Sabah 488
"Sabah"da hər şeyimiz var, heç bir çətinlik çəkmirik"

"Mən dənizə yaxın yerdə yaşayıram, burada temperatur 10 dərəcədir.

Azərbaycan tam inkişafda olan ölkədir. Burada çox təbii qaynaq var".

Sportinfo.az xəbər verir ki, bu fikirləri "Actu" nəşrinə açıqlamasında "Sabah"ın legioneri Kevin Kubemba Azərbaycandakı karyerası ilə bağlı danışarkən deyib.

28 yaşlı hücumçu "Sabah" klubunda heç bir çətinlik çəkmədiyini söyləyib. "Klubumuzda hər şeyimiz var. İngilis dilində danışırıq, tərcüməçimiz var. Komandada daha bir fransalı futbolçu Amadu Diallo da çıxış edir".

Kubemba 2019-cu ildən "Sabah"da çıxış edir. O, zədədən qayıdandan sonra baş məşqçi Visente Qomezin ona şans verdiyini vurğulayıb.

Fransalı oyunçu daha əvvəl koronavirusa yoluxduğunu da xatırladıb: "Məndə də virus var idi. 7 gün karantində qaldım. Çempionatımız isə davam edir. Hazırda durumumuzu düzəltmək istəyirik".

Digər Xəbərlər
Xəbər Lenti