Ukrayna millisi və “Dinamo”nun sabiq müdafiəçisi “Sabah”da

18 Fevral 2021 16:40 Sabah 1 820
Ukrayna millisi və “Dinamo”nun sabiq müdafiəçisi “Sabah”da

"Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.

Sportinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Masazır təmsilçisi ukraynalı müdafiəçi Zurab Oçiqavanı transfer edib.

25 yaşlı oyunçu ilə mövsümün sonunadək müqavilə bağlanıb.

Oçiqava peşəkar karyerası ərzində ölkəsinin “İlyiçevets” (2014 - 2015), “Dinamo-2” (Kiyev, 2015 - 2016), “Dinamo” (Kiyev, 2016 - 2017), “Olimpik” (Donetsk, 2017 - 2018), “Dnepr-1” (2018 - 2019), “Vorskla” (2019-20) və Estoniyanın “Levadiya” (2020) klublarında çıxış edib.

O, Ukraynanın 21 yaşadək futbolçulardan ibarət yığmasının da üzvü olub.

Yeni transfer “Sabah”da 3 nömrəli formada çıxış edəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti