"Sabah"ın hücumçusu: "Dişlərimin qırılması oynamağıma mane ola bilməz"

16 Fevral 2021 22:40 Sabah 504
"Sabah"ın hücumçusu: "Dişlərimin qırılması oynamağıma mane ola bilməz"

"Özümü əvvəlki kimi hiss edirəm. Qırılan dişlər ən çox sevdiyim işi görməyimə mane ola bilməz".

Sportinfo.az xəbər verir ki, bu fikirləri Premyer Liqanın XV turunda "Zirə" ilə matçda zədələnən "Sabah"ın futbolçusu Tiemoko Fofana durumu barədə danışarkən deyib.

Kot d İvuardan olan 21 yaşlı hücumçu futbolda belə hadisələrin yaşandığını bildirib:

"Hazırda gələcəyə köklənməliyəm. İki gün sonra məşqlərə qatıla biləcəyəm. "Zirə" ilə matçda komanda yoldaşlarıma kömək edə bilmədiyim üçün kədərlənirəm" (report).

Fofana daha əvvəl bundan da ağır zədə ilə üzləşdiyini və hazırkı zədənin onun üçün kiçik bir şey olduğunu vurğulayıb.

Qarşılaşma 2:2 hesablı heç-heçə ilə bitib. Tiemoko Fofana həmin görüşdə rəqib futbolçu Hacıağa Hacılı ilə toqquşub. Afrikalı oyunçunun 3 dişi qırılıb və dodağına tikiş atılıb.

Digər Xəbərlər
Xəbər Lenti