Azərbaycandaa çıxış edən futbolçu dişlərini klubun hesabına düzəltdirəcək

16 Fevral 2021 11:00 Sabah 780
Azərbaycandaa çıxış edən futbolçu dişlərini klubun hesabına düzəltdirəcək

Azərbaycan Premyer Liqasının XV turunda “Zirə” ilə matçın (2:2) 73-cü dəqiqəsində zədələnərək meydanı tərk edən və xəstəxanaya aparılan “Sabah”ın hücumçusu Tiemoko Fofananın sağlıq durumunu aydınlıq gəlib.

Sportinfo.az-ın məlumatına görə, Fil Dişi Sahilindən olan legionerin dodağına tikiş qoyulub.

Baş nahiyəsi MRT edilən afrikalı forvardın beyin silkələnməsi keçirmədiyi müəyyənləşib. Onun 3 dişinin sındığı da məlum olub.

Fofanaya 2 günlük istirahət verilib və daha sonra kollektivlə məşqlərə qoşula biləcək.

Klub əcnəbi futbolçunun bütün müalicə xərclərini öz üzərinə götürüb.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"