Azərbaycanda çıxış edən legionerin dişlərini qırdılar

15 Fevral 2021 00:42 Sabah 755
Azərbaycanda çıxış edən legionerin dişlərini qırdılar

“Sabah”ın legioneri Tiemoko Fofananın durumuna aydınlıq gəlib.

Sportinfo.az xəbər verir ki, Azərbaycan Premyer Liqasının XV turunda “Zirə” ilə matçın (2:2) ikinci hissəsində zədələnərək əvəzlənən Fil Dişi Sahilidən olan forvard xəstəxanadadır.

Bu barədə baş məşqçi Visente Qomes məlumat verib. O bildirib ki, yeni transferin iki dişi qırılıb: “Üzünə dəyən zərbədən sonra Fofananın iki dişi sınıb. Hazırda xəstəxanadadır.

Boyun nahiyəsində də ağrıları var. Vəziyyətinin nə yerdə olduğunu tam dəqiqliyi ilə tibbi müayinədən sonra biləcəyik. Hətta bu vəziyyətdə oynamaq istəyirdi.

Lakin həkimlə birlikdə qərara gəldik ki, əvəzləyək. Çünki bu tip ağır zərbədən sonra oyunçunun mübarizəni davam etdirməməsi daha yaxşıdır”.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"